İtaliya hökuməti sürüşmə ilə bağlı İskiya adasında fövqəladə vəziyyət elan edib

İtaliya hökuməti sürüşmə ilə bağlı İskiya adasında fövqəladə vəziyyət elan edib İtaliya hökuməti güclü yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi İskiya adasında fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
27 Noyabr , 2022 16:40
İtaliya hökuməti sürüşmə ilə bağlı İskiya adasında fövqəladə vəziyyət elan edib

İtaliya hökuməti güclü yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi İskiya adasında fövqəladə vəziyyət elan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Hökumətin iclasında fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 2 milyon avro ayrılıb. Bu, əhali üçün bir il ərzində maliyyə yardımını nəzərdə tutur.

Daha əvvəl bildirilib ki, sürüşmə nəticəsində 1 nəfər - 31 yaşlı qadın ölüb, uşaqlar da daxil olmaqla 11 nəfər itkin düşüb. Axtarışlar davam edir.

Noyabrın 26-da adaya yağan yağış sel və torpaq sürüşməsinə səbəb olub. Azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada gələn həftənin iki günü məktəbləri bağlamaq qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi