İtaliya Aİ sanksiyalarına məruz qalan rusiyalıların əmlakını dondurub

İtaliya Aİ sanksiyalarına məruz qalan rusiyalıların əmlakını dondurub İtaliyanın Maliyyə Qvardiyası Ukraynadakı müharibə səbəbindən Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalan rusiyalıların əmlakına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Digər ölkələr
25 May , 2022 16:38
İtaliya Aİ sanksiyalarına məruz qalan rusiyalıların əmlakını dondurub

İtaliyanın Maliyyə Qvardiyası Ukraynadakı müharibə səbəbindən Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalan rusiyalıların əmlakına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hökumət Evinin mətbuat xidməti məlumat yayıb.

Söhbət iş adamı Dmitri Pumpyanskinin həyat yoldaşı Qalina Pumpyanskiyə məxsus daşınmaz əmlakdan gedir. Şimaldakı Lekko əyalətində yerləşən obyektin qiyməti təxminən 300 min avro dəyərində qiymətləndirilir. Siyahıya 2021-ci ildə “Alfa-Qrupp”un həmtəsisçisi Aleksey Kuzmiçev tərəfindən alınmış heykəl də daxildir. Onun dəyəri təxminən 230 min avrodur.

Qeyd edək ki, İtaliyanın Maliyyə Qvardiyası martın əvvəlindən sanksiyalara məruz qalan rusiyalıların yaşayış əmlakını, şirkətlərini, yaxtalarını və avtomobillərini “dondurmaq” prosedurlarını həyata keçirir. Qurumdan bildiriblər ki, rusiyalıların sanksiyaya məruz qalmış aktivləri ilə bağlı qətimkan tədbiri həbs yox, dondurulmadır və bu da əmlakdan istifadə etməyin və onun üzərində sərəncam haqqına malik olmağın qeyri-mümkünlüyü deməkdir. Dondurulmuş aktivlər siyahısında ən parlaq “lot”lardan biri yerli mətbuatın dünyanın ən bahalı yaxtası adlandırdığı və 650 milyon avro həcmində dəyərləndirilən “Sсheherazade” (“Şəhrizadə”) yaxtası olub.

“La Repubblica” qəzeti daha əvvəl İtaliyanın rusiyalıların dondurulmuş əmlakını saxlamaq üçün bu il təxminən 13,7 milyon avro xərcləyəcəyini, hökumətin xərclərin qarşılanması üçün müsadirə edilmiş əmlakı tamamilə və ya qismən sata biləcəyinə dair düzəlişlər hazırladığını bildirmişdi. Nəşrdə bloklanan aktivlərin ümumi məbləği 2 milyard avro olaraq qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi