İsveçrədə koronavirusa yoluxanların sayı 32 mini ötdü

İsveçrədə koronavirusa yoluxanların sayı 32 mini ötdü İsveçrədə 1 666 nəfər koronavirus qurbanı olub
Digər ölkələr
3 İyul , 2020 16:23
İsveçrədə koronavirusa yoluxanların sayı 32 mini ötdü

İsveçrədə son sutka ərzində 134 yeni COVID-19 hadisəsi aşkar edilib. Bununla da ölkədə epidemiyanın əvvəlindən bəri virusa yoluxanların ümumi sayı 32 101 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsindən məlumat verilib.

İsveçrədə 1 666 nəfər koronavirus qurbanı olub.

Epidemiyanın başlamasından bəri koronavirusla bağlı 614 283 test götürülüb. Orta hesabla 6,3% halda virus aşkar edilib.

Aprelin 27-dən İsveçrədə mart ayının ortalarından koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ilk mərhələsinə başlanılıb. Bərbərxanalar, gözəllik salonları, diş həkimlərinin obyektləri, çiçək və məişət əşyaları mağazaları yenidən açılıb. Yüngülləşdirmənin ikinci mərhələsi isə mayın 11-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi