İsveçrə Ukraynadakı münaqişə tərəflərinin hərbi təyyarələri üçün səmanı bağlayıb

İsveçrə Ukraynadakı münaqişə tərəflərinin hərbi təyyarələri üçün səmanı bağlayıb İsveçrə hakimiyyəti Ukraynadakı münaqişə tərəflərinin, eləcə də onlara hərbi dəstək verən dövlətlərin təyyarələri ilə uçuşlar üçün ölkə səmasını bağlamaq qərarına gəlib.
Digər ölkələr
12 Mart , 2022 05:48
İsveçrə Ukraynadakı münaqişə tərəflərinin hərbi təyyarələri üçün səmanı bağlayıb

İsveçrə hakimiyyəti Ukraynadakı münaqişə tərəflərinin, eləcə də onlara hərbi dəstək verən dövlətlərin təyyarələri ilə uçuşlar üçün ölkə səmasını bağlamaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə hökumətin qərarında deyilir.

Qeyd edilir ki, münaqişə tərəflərinə hərbi dəstək göstərmək, xüsusən də hərbi materialların tədarükü məqsədi ilə münaqişə tərəflərindən və digər dövlətlərdən İsveçrə ərazisi üzərindən yerüstü uçuşlara dair müraciətlər qəbul edilməyəcək.

Rəsmi Bern izah edib ki, qadağa münaqişə tərəflərinin və digər dövlətlərin hərbi təyyarələrinin humanitar və ya tibbi məqsədlər, o cümlədən yaralıların daşınması üçün uçuşlarına şamil edilmir.

Neytral dövlət statusuna malik olan və Avropa İttifaqının üzvü olmayan İsveçrə martın 4-də Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəklədiyini açıqlayıb. Onun hava məkanı Rusiya təyyarələri üçün bağlıdır.

Son xəbərlər

Orphus sistemi