İsveçrə qış aylarında Ukraynaya 11,8 milyon İsveçrə frankı (təxminən 13,66 milyon ABŞ dolları) məbləğində əlavə yardım göstərmək qərarına gəlib. Beləliklə, qış üçün dəstəyin ümumi məbləği təxminən 26 milyon İsveçrə frankı (30 milyon dollardan çox) təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti
Bildirilib ki, “amansız qışın sərt sınaqları ilə üzləşən milyonlarla ukraynalı köməyə ciddi ehtiyac duyur”. Bernin artan dəstəyi bu cür çağırışlara cavab olub.
Açıqlamada deyilir ki, tədbirlərə Ukrayna vətəndaşlarına yardım göstərən bir neçə qeyri-hökumət təşkilatına dəstək daxildir.
“Bu yardım 1 000-ə yaxın mənzili və evi təmir etməyə və cəbhəyanı ərazilərdəki təxminən 1 300 ev təsərrüfatına istilik materialları paylamağa imkan verib”, – İsveçrə hökuməti diqqətə çatdırıb.