İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırıb

Digər ölkələr
  • 20 iyul, 2023
  • 09:03
İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırıb

İsveçin Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.

“İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb”, - qeyd edilib.