İsveçin Baş naziri: “Biz öhdəliklərimizi yerinə yetirdik, Türkiyənin qərarını gözləyirik”

İsveçin Baş naziri: “Biz öhdəliklərimizi yerinə yetirdik, Türkiyənin qərarını gözləyirik” “Türkiyə - İsveç - Finlandiya arasında imzalanan memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirdik, indi Türkiyənin qərarını gözləyirik”.
Digər ölkələr
31 May , 2023 06:12
İsveçin Baş naziri: “Biz öhdəliklərimizi yerinə yetirdik, Türkiyənin qərarını gözləyirik”
Ulf Kristerssonu

“Türkiyə - İsveç - Finlandiya arasında imzalanan memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirdik, indi Türkiyənin qərarını gözləyirik”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

Onun sözlərinə görə, Stokholm ilə Ankara arasında NATO-ya üzvlük məsələsi ilə bağlı təmaslar davam edir:

“Keçən bazar günü keçirilən ikinci tur prezident seçkilərdən sonra əlaqələrimiz olub. Memorandumun tələblərini yerinə yetirdik. Terrorla mübarizədə yeni qanun hazırlanıb. Onun sonuncu hissəsi əslində iyunun 1-dən, yəni sabahdan sonra qüvvəyə minir. Bu mühüm addımdır. Beləliklə, üçtərəfli memorandum çərçivəsində türk dostlarımıza dediklərimizi etdik. Bu çox vacibdir. Biz onun narahatlığına əsaslı səbəb olduğunu qəbul etdik”.

Son xəbərlər

Orphus sistemi