İsveçdə müsəlman məktəbində yanğın törədilib

İsveçdə müsəlman məktəbində yanğın törədilib ​​​​​​​İsveçdə naməlum şəxslər müsəlman ailələrinin övladlarının təhsil aldığı məktəblərdən birində yanğın törədiblər
Digər ölkələr
15 Mart , 2021 05:47
İsveçdə müsəlman məktəbində yanğın törədilib

İsveçdə naməlum şəxslər müsəlman ailələrinin övladlarının təhsil aldığı məktəblərdən birində yanğın törədiblər.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Erebru şəhərində “Alsalamskolan” məktəbində olub.

Məktəbin direktoru Hüseyn Aldaodi SVT telekanalına bildirib ki, müşahidə kameralarının kadrlarında iki naməlum şəxsin məktəbdə yanğın törətmələri aydın görünür. Onun sözlərinə görə, videokadrlar polisə verilib.

"Maskalı naməlum şəxslər birinci mərtəbənin pəncərələrinin şüşələrini sındırıblar və məktəbə yanar maddə atıblar. Hadisə səhər tezdən baş verib, xoşbəxtlikdən həmin vaxt məktəbdə heç kim olmayıb", - Aldaodi deyib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi