Yuxarı
    Bağlamaq

    İsveçdə miqrantlar 100-ə yaxın maskalı şəxs tərəfindən döyülüb - VİDEO

    Bundan öncə Stokholmda qaçqınlara qarşı vərəqlər paylanıb

      Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 29-u axşam saatlarında İsveçin paytaxtı Stokholmda sağçı fəallar qaçqınların əleyhinə olan vərəqlər paylayıblar.

    “Report” “The Local”a istinadən xəbər verir ki, həmin gün axşam yüzə yaxın maskalı şəxs miqrantlara hücum edib.

    İnsident Serqelstorq meydanında baş verib. Polis hələ ki, neçə nəfərin xəsarət aldığı barədə məlumat verməyib. Şahidlərin sözlərinə görə, maskalı şəxslər ərəb ölkələrindən olan insanları döyüblər.

      Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlardan üçü futbol klublarından birinin fanatıdır. Bu gün səhər onlar sərbəst buraxılıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi