İsveçdə koronavirus qurbanlarının sayı 5,5 minə çatdı

İsveçdə koronavirus qurbanlarının sayı 5,5 minə çatdı Ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 74 333-ə çatıb
Digər ölkələr
198
9 İyul , 2020 17:39
İsveçdə koronavirus qurbanlarının sayı 5,5 minə çatdı

İsveçdə koronavirus infeksiyası ilə əlaqədar ölüm hallarının sayı 5,5 minə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsveç Səhiyyə Agentliyinin yaydığı statistika göstərir.

Agentliyin məlumatına görə, ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 74 333-ə çatıb. Qeyd olunub ki, 2 470 yoluxmuş xəstəyə intensiv terapiya tələb olunub.

Qeyd edək ki, İsveç hökuməti digər ölkələrdən fərqli olaraq, lokdaun elan etməyib və virusun yayılması ilə mübarizə üçün daha yumşaq tədbirlər seçib. Belə yanaşma həm ölkə daxilində, həm də xaricdə heç də birmənalı olmayan reaksiyalara və tənqidlərə səbəb olub.