İsveçdə inflyasiya son 28 ilin maksimumuna çatıb

İsveçdə inflyasiya son 28 ilin maksimumuna çatıb Bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb
Digər ölkələr
15 Dekabr , 2021 01:44
İsveçdə inflyasiya son 28 ilin maksimumuna çatıb

İsveçdə elektrik enerjisi və yanacağın qiymətlərinin artması fonunda noyabr ayında inflyasiya 3,6%-ə çatıb ki, bu da son 28 ildə rekord göstəricidir.

“Report” “Prime”a istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.

“İstehlakçı qiymətləri indeksinə görə inflyasiya 2021-ci ilin noyabr ayında 3,6 faiz təşkil edib. İnflyasiyanın səviyyəsinə əsasən elektrik enerjisi və yanacağın qiymətlərinin artması təsir edib”, - məlumatda deyilir.

Qurumun statistik mütəxəssisi Mikael Nurdinin sözlərinə görə, enerji qiymətlərinin artması 1993-cü ilin dekabrından bəri ən yüksək inflyasiya səviyyəsinə səbəb olub.

Avropa İttifaqı qaz qiymətlərində güclü artımla qarşılaşıb və bu, elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olub. Nəticədə bu da istehlakçılara və iqtisadiyyata təzyiq göstərir. İstilik mövsümü başlamazdan əvvəl anbarlarda qazın aşağı səviyyədə olması da bahalaşmanın səbəblərindən biri olub.

Son xəbərlər

Orphus sistemi