İsveçdə binada partlayış: 23-dən çox insan yaralanıb

İsveçdə binada partlayış: 23-dən çox insan yaralanıb İsveçin Höteburq şəhərində yaşayış binasındakı partlayış nəticəsində 23-dən çox insan yaralanıb.
Digər ölkələr
28 Sentyabr , 2021 10:45
İsveçdə binada partlayış: 23-dən çox insan yaralanıb

İsveçin Höteburq şəhərində yaşayış binasındakı partlayış nəticəsində 23-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, 100-ə yaxın sakin təxliyə edilib. Hadisə yerində polis və xilasedici xidmət işləyir.

Partlayış nəticəsində 5 nəfərin ağır yaralandığı vurğulanıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib,18 yaralı isə hospitala avtobusla göndərilib.

Məlumata görə, partlayışdan sonra yanğın olub. Yağından vahimələnən sakinlər pəncərədən tullanıb.

Hadisənin səbəbi dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi