İsveç Ukraynaya 1,1 milyard kron dəyərində yeni hərbi yardım paketi elan edib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson məlumat verib.
“Ukraynanı dəstəkləməklə biz həm də öz təhlükəsizliyimizə sərmayə qoyuruq. Əgər Rusiya bu dəhşətli müharibədə qalib gəlsəydi, bizim indiki ilə müqayisədə təhlükəsizliklə bağlı daha böyük problemlərimiz olacaqdı”, - o deyib.
Onun sözlərinə görə, 15-ci yardım paketinə 10 döyüş kateri və digər növ 20 kater, həmçinin İsveçin əvvəllər göndərdiyi “Archer” sisteminə uyğun gələn sualtı silahlar – minalar, torpedalar, artilleriya sursatları daxildir.
Bundan əlavə, İsveç Ukraynaya “Robot 70” hava hücumundan müdafiə sistemi, tank əleyhinə raketlər, “Carl Gustaf” qumbaraatanları və əl qumbaraları, tibbi avadanlıqlar və s. göndərəcək.
İsveç Ukraynaya 7,1 milyard İsveç kronu (təxminən 700 milyon dollar) dəyərində - rekord səviyyədə müdafiə sahəsində yardım paketi ayırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfinə növbəti yardım partiyasının verilməsi barədə bu gün İsveçin Baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Consonun iştirakı ilə keçiriləcək mətbuat konfranslarında məlumat veriləcək.
Bununla İsveç Ukraynaya sayca 15-ci yardım paketi təqdim edəcək. Yardım paketinə hərbi texnika və avadanlıqların daxil olacağı gözlənilir.