İsveç fevralın 9-dan koronavirusla bağlı məhdudiyyətləri aradan qaldıracaq
- 02 fevral, 2022
- 19:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveç hökuməti fevralın 9-da koronavirusla əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldıracaq.
"Report" xəbər verir ki, bu barədə "Expressen" qəzeti məlumat yayıb.
Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar səhiyyə sistemində vəziyyət sabitləşdiyi üçün verilib. Əvvəllər qonşu Danimarka və Norveç analoji addımı atıblar.
Səhiyyə departamenti koronavirusu artıq təhlükəli xəstəlik hesab etmək istəmir. Bu qərarın parlament çoxluğunun təsdiqini tələb etdiyi üçün müəyyən vaxt aparacağı gözlənilir.
İnfeksiyanın yayılması ilə əlaqədar yanvarın 19-dan etibarən kütləvi tədbirlərdə iştirak edənlərin sayı beş yüz nəfərlə məhdudlaşdırılıb, onların hamısı peyvənd sertifikatı təqdim etməlidir. Dekabr ayından etibarən iaşə müəssisələri yerli vaxtla saat 23:00-dan gec olmayaraq bağlanıb, xidmət yalnız masalarda həyata keçirilir, aralarındakı məsafə bir metrdən çox olmalıdır. Qatarlar və uzun məsafəli avtobuslarla səyahət edərkən oturacaqların rezervasiyası tələb olunur.
İsveçdə 12 yaşdan yuxarı əhalinin 83,6%-i iki doza peyvənd olunub.