İsrailin XİN başçısı: Girovlar azad edilənədək döyüşləri davam etdirəcəyik
Digər ölkələr
- 25 mart, 2024
- 19:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, ölkəsi bütün girovlar azad edilənə qədər Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcək.
“Report” xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində yazıb.
“İsrail dövləti atəşi dayandırmayacaq. Biz HƏMAS-ı məhv edəcəyik və oğurlananların sonuncusu evə qayıdana qədər mübarizəmizi davam etdirəcəyik”, - diplomat yazıb.
Öz növbəsində HƏMAS hərəkatı müsəlmanların Ramazan ayı ərzində Qəzzada atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının bazar ertəsi qəbul etdiyi qətnaməni alqışlayıb. Həmas daimi atəşkəsə ehtiyac olduğunu və dərhal əsir mübadiləsinə hazır olduğunu bəyan edib.
Son xəbərlər
14:56
Lula da Silva: Müharibə və inflyasiya ilə yanaşı, iqlim dəyişikliyi də dünya üçün təhlükədir
Digər ölkələr
14:50
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - Əlavə olunub
Hadisə
14:49
"Barselona" Lisandro Martinesi transfer etmək istəyir
Futbol
14:47
Vergi rəsmisi: "Dəyişikliklər hesabına ixrac fəaliyyəti stimullaşdırılacaq"
Biznes
14:46
Ərdoğan COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət
14:41
ƏDV ödəyicisi olmayan sahibkarlardan alış-verişdə də keşbek tətbiq olunacaq
Biznes
14:37
Azərbaycandakı yük daşıyıcıları ƏDV və mənfəət vergisi yükündən azad ola biləcək
Biznes
14:35
Azərbaycanda kiberhücum indikatorlarının paylaşılması 3 dəfə artıb
İKT
14:33
Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var
Hadisə