İsraildə polisə bıçaqla hücum olub, ölən və yaralanan var

Digər ölkələr
  • 30 oktyabr, 2023
  • 10:50
İsraildə polisə bıçaqla hücum olub, ölən və yaralanan var

İsrailin Yerusəlim şəhərində polisə bıçaqla hücum olub, ölən və yaralanan var.

“Report” “The Times of İsrael”ə istinadən xəbər verir ki, polis bıçaqlı şəxsə atəş açıb.

Nəticədə o, ölüb. Adı açıqlanmayan həmin şəxsin zabit olduğu bildirilib.

Hadisə zamanı bir polis yaralanıb.

Hadisənin təfərrüatı açıqlanmayıb.

Araşdırma aparılır.