İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib

İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib İsrailin xarici işlər naziri Eli Kohen bir müddət əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən bu ölkənin Nyu-Yorkdakı baş konsulu Asaf Zamiri vəzifəsindən azad etdiyini açıqlayıb.
Digər ölkələr
30 Mart , 2023 18:56
İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib

İsrailin xarici işlər naziri Eli Kohen bir müddət əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən bu ölkənin Nyu-Yorkdakı baş konsulu Asaf Zamiri vəzifəsindən azad etdiyini açıqlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“O, tviterdə istefa verdiyini açıqlasa da, qeyri-müəyyən müddətə bu vəzifədə qalmaq istəyirdi. Mən onu dərhal işdən çıxarmaq qərarına gəldim”, - E.Kohen tviterdə yazıb.

Nazir qeyd edib ki, siyasi tərəflərdən birini seçən diplomat İsrail dövlətini təmsil edə bilməz.

Son xəbərlər

Orphus sistemi