İsrailin müdafiə naziri Yəmən hərəkatının liderini zərərsizləşdirməklə hədələyib

Digər ölkələr
  • 17 may, 2025
  • 02:59
İsrailin müdafiə naziri Yəmən hərəkatının liderini zərərsizləşdirməklə hədələyib

İsrail “Ənsar Allah” (Husi) üsyançı hərəkatının hücumlarına cavab olaraq Yəmənə zərbələr endirməyə davam edəcək və onun lideri Əbdül Malik əl-Husini zərərsizləşdirməyə hazırdır.

"Report"un xəbərinə görə, bu xəbərdarlıqla yəhudi dövlətinin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkəsində İsrailin Yəmən limanlarına yeni silsilə zərbələr endirməsindən sonra çıxış edib.

O xatırladıb ki, bundan əvvəl İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfi və hərəkatın lideri Yəhya Sinvarı, “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni aradan götürüblər.

"Dediyimiz kimi, husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, onlara ağrılı zərbələr dəyəcək. Biz də terrora rəhbərlik edənləri vuracağıq - Qəzzada əd-Deyf və Sinvar, Beyrutda Nəsrullah və Tehranda Haniyə ilə etdiyimiz kimi. Biz Yəməndə Əbdül Malik əl-Husini izləyib məhv edəcəyik. Biz özümüzü hər cür hücuma qarşı müdafiə edəcəyik", - Katz yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti