İsraildəki vəziyyətlə bağlı sabah Avropa İttifaqı XİN başçılarının təcili iclası keçiriləcək

Digər ölkələr
  • 09 oktyabr, 2023
  • 10:01
İsraildəki vəziyyətlə bağlı sabah Avropa İttifaqı XİN başçılarının təcili iclası keçiriləcək

Sabah, oktyabrın 10-da Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin təcili iclası keçiriləcək.

“Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel “X” hesabında yazıb.

O bildirib ki, toplantıda İsraildəki durum və bölgədəki vəziyyət müzakirə olunacaq.

İclasın harada keçiriləcəyi hələ ki, açıqlanmayıb.