İsraildə tibb işçiləri tətil elan edib

İsraildə tibb işçiləri tətil elan edib İyulun 19-da məsələyə dair Maliyyə Nazirliyi ilə onların nümayəndələri arasında keçirilən danışıqlar uğursuzluqla nəticələnib.
Digər ölkələr
20 İyul , 2020 11:38
İsraildə tibb işçiləri tətil elan edib
0 : 00
0 : 00

İsraildə tibb bacıları və feldşerlərin etiraz tətili başlayıb.

“Report” “Haaretz”ə istinadən xəbər verir ki, tibb işçiləri aylıq əməkhaqqının artırılmasını tələb edirlər.

İyulun 19-da Maliyyə Nazirliyi ilə tətilçilərin nümayəndələri arasında məsələyə dair keçirilən danışıqlar uğursuzluqla nəticələnib.

Tibb bacıları və feldşerlərin Həmkarlar İttifaqı koronavirusa yoluxmanın artması fonunda İsrail xəstəxanalarının yüklənməsi ilə əlaqədar tibb işçilərinin əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Tətillə əlaqədar planlaşdırılmış bir sıra əməliyyatlar, analizlərin qəbulu ertələnəcək, peyvəndləşdirmə klinikası bağlanacaq.

Son xəbərlər

Orphus sistemi