İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb

İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb Martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra başlayan kortəbii etiraz aksiyası artıq 58 min insanı toplayıb.
Digər ölkələr
27 Mart , 2023 01:02
İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb

Martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra başlayan kortəbii etiraz aksiyası artıq 58 min insanı toplayıb.

“Report” xəbər verir ki, bu qiymətləndirməni hadisə yerindən canlı yayım aparan “Kan 11” dövlət telekanlı verib.

Televiziyanın məlumatına görə, etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Onlar yolda əlaltı materiallarından od yandıraraq dağılışmaqdan imtina ediblər. Polis hələ ki ciddi müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, eyni zamanda Qüdsdə etirazçılar Baş nazir Binyamin Netanyahunun iqamətgahına gəliblər. Nümayişçilər polis hasarlarından birini aşmağı bacarıblar və hökumət başçısının evinə 20 metr məsafədən yaxınlaşıblar. Nəşrin məlumatına görə, polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə başlayıb.

Xatırladaq ki, ötən axşam Netanyahu müdafiə naziri Yoav Qalantı işdən çıxarmaq qərarını verib. Bu, şənbə günü Qalantın həmvətənlərinə xüsusi müraciətindən sonra baş verib və o, müxalifətin etirazına səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Siyasətçinin fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin geniş dialoq yolu ilə həyata keçirilməlidir. O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini və milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan ordunun hərbçiləri arasında xidmətdən imtina çağırışları daha çox yayılıb.

Son xəbərlər

Orphus sistemi