İsrail XİN başçısının BƏƏ-yə tarixi səfəri gələn həftə olacaq

İsrail XİN başçısının BƏƏ-yə tarixi səfəri gələn həftə olacaq O, Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğunun açılışında iştirak edəcək
Digər ölkələr
21 İyun , 2021 20:13
İsrail XİN başçısının BƏƏ-yə tarixi səfəri gələn həftə olacaq
Yair Lapid

İsrail xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixdə ilk rəsmi səfəri iyunun 29-30-da baş tutacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gələn həftə nazir Yair Lapid İsrailin xarici işlər naziri kimi BƏƏ-yə ilk rəsmi səfərini edəcək. Lapid xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyanın qonağı olaraq BƏƏ-yə iki günlük səfər edəcək. O, Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğun açılışında iştirak edəcək”, - XİN-in məlumatında deyilir.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədləri imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər Yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi.

Son xəbərlər

Orphus sistemi