İsrail hərbçiləri İordan çayının Qərb sahilindəki Tulkarm şəhərində Fələstinin HƏMAS hərəkatının yerli hüceyrəsinin başçısını məhv ediblər.
“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti teleqramda məlumat yayıb.
Bildirilib ki, hava zərbəsi sonucunda məhv edilmiş Zahi Yasir ər-Razak Ufi “Tulkarmda HƏMAS terror şəbəkəsinin başçısı” olub. Onunla birlikdə “Tulkarm terror şəbəkəsində iştirak edən” bir neçə fələstinli radikal da məhv edilib.
Hərbçilərin məlumatına görə, Ufi sentyabrın əvvəlində Qərb sahilindəki Ateret yəhudi məskənində terror aktı cəhdinin planlaşdırılması ilə məşğul olub.
Bundan əlavə, o, “bu bölgədə çoxsaylı terrorçuları silahla təmin edib”, İordan çayının Qərb sahilindəki və İsrailin arxa cəbhəsindəki yaşayış məntəqələrinə qarşı yönəlmiş çoxsaylı digər terror hücumlarını planlaşdırıb və onlara rəhbərlik edib.