İsrail təyyarələri bir gündə Qəzzada 50 hərbi obyektə zərbələr endirib

İsrail təyyarələri bir gündə Qəzzada 50 hərbi obyektə zərbələr endirib İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib, qoşunlar cənubda Rəfah bölgəsində, Fələstin anklavının şimalında isə Cəbəliyyədə reydləri davam etdirir.
Digər ölkələr
26 May , 2024 17:36
İsrail təyyarələri bir gündə Qəzzada 50 hərbi obyektə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib, qoşunlar cənubda Rəfah bölgəsində, Fələstin anklavının şimalında isə Cəbəliyyədə reydləri davam etdirir.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı hərbi qurğular, silah anbarları, raket buraxılış qurğuları, müşahidə məntəqələri və terrorçu birləşmələri məhv edilib. Rəfah bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyatlar zamanı hərbçilərə hücum etməyə cəhd edən terrorçular zərərsizləşdirilib.

Ərazidə İsrail qoşunları tunel şaxtaları və çoxlu sayda silah-sursat, o cümlədən pulemyotlar, qumbaraatanlar, qumbaralar və partlayıcı maddələr aşkar ediblər.

Son xəbərlər

Orphus sistemi