İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib
Digər ölkələr
- 16 iyun, 2025
- 15:45
İsrail 120-dən çox raket buraxılış qurğusunu məhv edərək Tehranın üzərində tam hərbi üstünlük əldə edib.
“Report”un İsrail KİV-inə istinadən verdiyi məlumata görə, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.
Onun sözlərinə görə, İsrail Ordusu İranın raket qurğularının üçdə birini məhv edib və İran səmasında havada tam üstünlük əldə edib.
"Əməliyyatın başlanğıcından bəri 120-dən çox raket buraxılış qurğusu məhv edilib. Bu da İranın raket buraxılış qurğularının ümumi sayının üçdə birini təşkil edir. Keçən gecə Hərbi Hava Qüvvələri eyni zamanda 20-dən çox "yer-yer" tipli raket sistemi məhv edib. Dünən axşam Hərbi Hava Qüvvələri mərkəzi İranda İsfahandakı təxminən 100 hərbi hədəfə zərbələr endirib", - E.Defrin əlavə edib.
Son xəbərlər
05:28
Mikelancelonun eskizi 27,2 milyon dollara satılıb
İncəsənət05:13
Rumıniyanın müdafiə naziri: "Dron divarı" ideyası utopiyadır
Digər ölkələr04:48
İqtisadi çətinliklər və yenidənqurma ABŞ-də rekord sayda işdən çıxarılmaya səbəb olur
Digər ölkələr04:36
Kerolayn Livitt: Trampın İrana yanaşması yalnız diplomatik olmaya bilər
Digər ölkələr04:22
ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalar Ukrayna üzrə danışıqlardan asılıdır
Digər ölkələr03:57
ÜST rəhbəri uşaqları qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinə çağırıb
Digər ölkələr03:47
Rusiyanın xərçəng əleyhinə vaksinləri serbiyalı xəstələr üçün əlçatan olacaq
Digər ölkələr03:19
İranın XİN başçısı ABŞ nümayəndələri ilə görüşdən əvvəl Omanda danışıqlar aparıb
Digər ölkələr02:57