İsrail Müdafiə Ordusunun komandanlığı İrandan raket və pilotsuz təyyarələrin kütləvi hücumundan sonra sakinlərə sığınacaqları tərk etməyə icazə verib.
"Report"un məlumatına görə, bu barədə "Times of Israel" qəzeti yazıb.
Məlumata görə, hərbçilər qeyd ediblər ki, mülki vətəndaşların artıq mühafizə olunan yerlərdə olmasına ehtiyac duyulmur. Eyni zamanda, hər hansı kütləvi və maarifləndirici tədbirlərə məhdudiyyətlərin hələ də qüvvədə olduğu bildirilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirmişdi ki, İran öz ərazisindən İsrailə doğru pilotsuz təyyarələr atıb. Ordu yüksək hazırlıq vəziyyətindədir və bütün hədəfləri izləyir. Daha sonra İsrail ordusu İrandan raket buraxılışlarını da qeydə aldığını bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (İran silahlı qüvvələrinin elit bölmələri) pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə İsrailə qarşı kütləvi hücumu təsdiqləyib.