İsrail ordusu ortodoks könüllülərin orduya cəlb edilməsinə başladığını elan edib

İsrail ordusu ortodoks könüllülərin orduya cəlb edilməsinə başladığını elan edib İsrail ordusu adətən hərbi xidmətdən azad edilən ultradindar yəhudilərdən orduya səfərbər olmaq üçün çoxlu müraciətlər alır.
Digər ölkələr
22 Oktyabr , 2023 03:44
İsrail ordusu ortodoks könüllülərin orduya cəlb edilməsinə başladığını elan edib

İsrail ordusu adətən hərbi xidmətdən azad edilən ultradindar yəhudilərdən orduya səfərbər olmaq üçün çoxlu müraciətlər alır.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib.

“Müharibə başlayandan bəri bütün İsrail cəmiyyətinin bu gün yardım və dəstək üçün səfərbər olduğunu görürük. Çoxlu sayda ortodoksal yəhudinin İsrail Müdafiə Qüvvələrində xidmət etmək istədiyini görürük. Bizə 2 mindən çox müraciət daxil olub. Biz xüsusi proqramları uyğunlaşdırırıq və bazar ertəsi biz İsrail Müdafiə Qüvvələrində müdafiəmizin bir hissəsi olacaq ultradindar əhali arasından könüllüləri səfərbər etməyə başlayacağıq”, – o brifinqdə söyləyib.

Haqari əlavə edib ki, ordu müharibə şəraitində təcili olaraq döyüş hissələrinin sıralarına daxil olmağa hazır olan ehtiyatda olan hərbçilər arasında ümumilikdə yüksək fəallığı qeyd edir. Onun sözlərinə görə, yüz minlərlə səfərbər edilmiş ehtiyatda olan əsgərlər və çağırışçılar Qəzzadakı əməliyyatın “növbəti mərhələsinə hazırlaşır”.

Son xəbərlər

Orphus sistemi