İsrail İspaniyadakı səfirini geri çağırmaq qərarına gəlib - YENİLƏNİB

İsrail İspaniyadakı səfirini geri çağırmaq qərarına gəlib - YENİLƏNİB İsrailin xarici işlər naziri ölkələrin Fələstini tanımaq qərarı fonunda İrlandiya və Norveç səfirlərinin məsləhətləşmələr üçün dərhal geri çağırılması barədə göstəriş verib.
Digər ölkələr
22 May , 2024 13:46
İsrail İspaniyadakı səfirini geri çağırmaq qərarına gəlib - YENİLƏNİB

İsrailin xarici işlər naziri İsrael Kats bu ölkənin İspaniyadakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına göstəriş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Bu, İspaniyanın Baş naziri Pedro Sançesin mayın 28-də krallığın Fələstinin dövlətçiliyini tanımaq niyyətində olduğunu bəyan etməsindən sonra baş verib.

11:17

İsrailin xarici işlər naziri bəzi ölkələrin Fələstini tanımaq qərarı fonunda İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün dərhal geri çağırılması barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi