İsrailin müdafiə nazirindən "Hizbullah"a xəbərdarlıq: Ciddi zərbə vuracağıq

İsrailin müdafiə nazirindən "Hizbullah"a xəbərdarlıq: Ciddi zərbə vuracağıq İsrail müdafiə naziri İsrael Kats Hizbullaha xəbərdarlıq edib.
Digər ölkələr
22 Dekabr , 2024 17:00
İsrailin müdafiə nazirindən Hizbullaha xəbərdarlıq: Ciddi zərbə vuracağıq

İsrail müdafiə naziri İsrael Kats "Hizbullah"a xəbərdarlıq edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə İsrail hərbçiləri ilə görüşündə deyib.

Nazir bildirib ki, hərbçilər "Hizbullah" hərəkatı razılaşmanın şərtlərini pozsa və atəşkəsə əməl etməsə, qarşı tərəfə ciddi zərbə vuracaq: "Biz bu ilanı zəiflətmişik. Əgər "Hizbullah" Litani çayının o tayına çəkməyə və atəşkəsi pozmağa cəhd etsə, onun başını əzəcəyik".

Onun sözlərinə görə, İsrail "Hizbullah"a qoşunlarını Livanın cənubundakı kəndlərə qaytarmağa və burada hərbi obyektlərini yenidən yaratmağa icazə verməyəcək: "Hərbçilərimiz köçkünlərin İsrailin şimalındakı evlərinə qayıtması üçün sərhəd bölgəsində təhlükəsizliyin bərpasına zəmanət verir".

Qeyd edək ki, tərəflər arasında razılaşma noyabrın sonunda qüvvəyə minib. Razılığa görə İsrail ordusu Livan ərazisindən tədricən geri çəkiləcək, "Hizbullah" döyüşçülərinin İsrailin təhlükəsizliyinə təhdid yaratdığına qərar versə, onlara zərbə endirmək hüququnu özündə saxlayır.

Son xəbərlər

Orphus sistemi