Oktyabrın 27-də İsrail ordusu radikal “Hizbullah” hərəkatı yaraqlılarının Livandan İsrailə 90-a yaxın raket atdığını qeydə alıb.
"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
"Ordu İsraili və xalqını “Hizbullah” terror təşkilatının təhdidlərindən qorumağa davam edəcək", - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.