İsrail İranın zərbələrindən sonra hava hücumundan müdafiə sistemini yeniləyib

Digər ölkələr
  • 20 noyabr, 2026
  • 15:36
İsrail İranın zərbələrindən sonra hava hücumundan müdafiə sistemini yeniləyib

İsrail ortamənzilli "David's Sling" hava hücumundan müdafiə (HHM) sistemini modernləşdirib – məqsəd onun daha çox növ ballistik raket ələ keçirə və hücumları bir neçə həftə ərzində dəf edə bilməsidir.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" "Bloomberg"ə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu ilin əvvəlində İranın ballistik raketlərlə endirdiyi kütləvi zərbələr İsrailin HHM sistemindəki boşluqları üzə çıxarıb, lakin eyni zamanda hərbçiləri sistemləri bəzən bir neçə gün ərzində modernləşdirməyə imkan verən böyük həcmdə məlumatla təmin edib.

"David's Sling" daha əvvəl uzaqmənzilli ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmamışdı. İlk dəfə ondan 2025-ci ilin iyununda müharibə zamanı İranın ballistik raketlərinə qarşı istifadə edilib. Həmin vaxt sistem təqribən 1500 km məsafədən buraxılan bir neçə raketi vurub.

2026-cı ildə İranla 40 günlük müharibə zamanı İsrail "David's Sling"dən fəal şəkildə istifadə edib. Sistem bir neçə İran raketini vursa da, bəzi hallarda onları ələ keçirmək mümkün olmayıb. Fevralın əvvəlində İsrailin Müdafiə Nazirliyi kompleksin gələcək təhdidlərə hazırlığının artırılması məqsədilə bir sıra mürəkkəb sınaqların başa çatdığını bildirib.

"The Times of Israel" qeyd edir ki, İranın ballistik raketlərinin ələ keçirilməsində "David's Sling"dən istifadə İsrailə daha bahalı olan uzaqmənzilli "Arrow 3" ehtiyatına qənaət etməyə imkan verir. Bir "David's Sling" raketinin buraxılışı təxminən 1 milyon dollara başa gəlir, "Arrow 3"ün buraxılışı isə 2,5 milyon dollardan çox ola bilər. İsrail hərbçiləri HHM sisteminin modernləşdirilməsinin Hərbi Hava Qüvvələrinin İran raketlərini ələ keçirmək imkanlarını genişləndirəcəyini bildiriblər.

44 filmi