İsrail HƏMAS-ın girovlarla bağlı açıqlamasını “təbliğat” adlandırıb

İsrail HƏMAS-ın girovlarla bağlı açıqlamasını “təbliğat” adlandırıb HƏMAS-ın İsrailə yönəlmiş girovlarla bağlı açıqlaması təbliğatdır.
Digər ölkələr
22 Oktyabr , 2023 02:06
İsrail HƏMAS-ın girovlarla bağlı açıqlamasını “təbliğat” adlandırıb

HƏMAS-ın İsrailə yönəlmiş girovlarla bağlı açıqlaması təbliğatdır.

“Report” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti bildirib.

“HƏMAS-ın yalan təbliğatına münasibət bildirməyəcəyik. Biz bütün girovların və itkin düşənlərin evə qaytarılması üçün lazım olan hər şeyi etməyə davam edəcəyik”, – mətbuat xidməti ictimaiyyətin diqqətinə çatdırıb.

Qeyd edək ki, şənbə günü HƏMAS daha iki girovu azadlığa buraxmaq niyyətinin olduğunu, lakin İsrailin guya bundan imtina etdiyini açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 20-də ABŞ-nin iki vətəndaşı girovluqdan azad olunub.

Son xəbərlər

Orphus sistemi