İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir İsrail İranın hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını tələb edib.
Digər ölkələr
14 Aprel , 2024 05:41
İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

İsrail İranın hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını tələb edib.

"Report"un məlumatına görə, bu barədə İsrailin təşkilatdakı daimi nümayəndəsi Qilad Erdan “X” sosial şəbəkəsində qurumun sədrinə məktubunu paylaşaraq bildirib.

“Mən İsrailin İranı bu ciddi pozuntulara görə qəti şəkildə qınamaq üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi tələbini təsdiq edirəm”, - sənəddə bildirilir.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi