İsrail BMT əməkdaşlarına ölkəyə giriş vizası verməkdən imtina edib

İsrail BMT əməkdaşlarına ölkəyə giriş vizası verməkdən imtina edib Baş katibi Antoni Qutterişin HƏMAS-la bağlı çıxışından sonra İsrail hökuməti BMT-nin məmurlarına ölkəyə giriş üçün viza verməkdən imtina edib.
Digər ölkələr
25 Oktyabr , 2023 10:08
İsrail BMT əməkdaşlarına ölkəyə giriş vizası verməkdən imtina edib

BMT-nin Baş katibi Antoniu Quterreşin HƏMAS-la bağlı çıxışından sonra İsrail hökuməti bu təşkilatın məmurlarına ölkəyə giriş üçün viza verməkdən imtina edib.

“Report” xəbər verir ki, məlumatı “The Time of İsrael” yayıb.

Məlumata görə, İsrail rəsmiləri Baş katib A.Quterreşi BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışını tənqid edərək onun istefasını tələb ediblər.

Bildirilib ki, Baş katib etdiyi çıxışda bu tənqidlərdən sonra dediklərindən imtina etməyə səy göstərib. O, “X” səhifəsində yazıb: “Fələstin xalqının istəkləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına səbəb olmamalıdır”.

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan bildirib ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə ölkəyə giriş vizası verməkdən imtina ediblər.

Qeyd edək ki, Antoniu Quterreş Təhlükəsizlik Şurasında çıxışında bildirib: "HƏMAS hücumlarının vakuumda, boş-boşuna baş vermədiyini də etiraf etmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi