İspaniyada qarışıqlıqlarda iştiraka görə 30-dan çox insan saxlanılıb

İspaniyada qarışıqlıqlarda iştiraka görə 30-dan çox insan saxlanılıb İspaniyada reper Pablo Aselin həbsinə etiraz əlaməti olaraq baş verən və sol radikalların iştirak etdiyi qarışıqlıqların gedişatında saxlanılanların sayı 30 nəfəri ötüb
Digər ölkələr
21 Fevral , 2021 07:53
İspaniyada qarışıqlıqlarda iştiraka görə 30-dan çox insan saxlanılıb

İspaniyada reper Pablo Aselin həbsinə etiraz əlaməti olaraq baş verən və sol radikalların iştirak etdiyi qarışıqlıqların gedişatında saxlanılanların sayı 30 nəfəri ötüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

"Şənbə günü axşam kütləvi qarışıqlıqlarla və soyğunçuluqla bağlı hərəkətlərlə əlaqədar 34 nəfər saxlanılıb: bir nəfər Leridedə, iki nəfər Tarraqonada, 31 nəfər Barselonada", - Kataloniyanın hüquq-mühafizə orqanlarının xəbərində deyilir.

Ən çətin vəziyyət Barselonada yaranıb. Radikallar şəhərin mərkəzində talanlar təşkil ediblər, barrikadalar qurublar, onları yandırıblar, mağazaların vitrinlərini dağıdıblar, qarət ediblər, eyni zamanda polisə daş və müxtəlif predmetlər atıblar.

Son xəbərlər

Orphus sistemi