İspaniya Ukraynaya “Leopard” tanklarının yeni partiyasını göndərib
Digər ölkələr
- 24 iyul, 2023
- 16:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya hökuməti Ukraynaya 4 ədəd “Leopard 2A4” döyüş tankı və 10 ədəd zirehli transportyordan (ZTR) ibarət yeni müdafiə yardımı partiyası göndərib.
“Report” xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 24-də Santander limanından Ukraynaya gedən, göyərtəsində hərbi və humanitar materiallar olan gəmi yola düşüb”, - nazirlikdən bildiriblər.
Nazirliyin məlumatına görə, bütün yükün Ukraynaya avqustun birinci yarısında təhvil verilə biləcəyi gözlənilir.
Kiyevə həmçinin 10 ədəd yük maşını və bir neçə təcili yardım maşını da göndərilib. Bundan əlavə, yardım partiyasına müxtəlif sursatlar da daxil edilib.
Son xəbərlər
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr