Yuxarı

​İŞİD-in sıralarında yüzlərlə çinli döyüşür

Çinlilər Suriyaya Türkiyə vasitəsi ilə gedirlər

Bakı. 16 dekabr. REPORT.AZ/ Təqribən 300 nəfər çinli Suriya və İraqda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının sıralarında döyüşür.

"Report" xəbər verir ki, bu barədə Çinin dövlət mətbuatına istinadən "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Çin hakimiyyəti İŞİD-in Yaxın Şərqdəki qazandığı nailiyyətlərin Sintszyan əyalətindəki vəziyyətə mənfi təsir göstərə biləcəyindən narahatçılığını ifadə edir.

Buna baxmayaraq, Çin Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə qoşulmağa az da olsa hazır oldğunu bildirməyib.

Çinlilər - "Şərqi Türküstan İslam Hərəkatı"nın üzvləri Suriyaya Türkiyə vasitəsi ilə gedirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi