İşçilərə ən azı 11 dəfə hücum edən Baydenin iti Ağ Evdən çıxarılıb

İşçilərə ən azı 11 dəfə hücum edən Baydenin iti Ağ Evdən çıxarılıb ABŞ prezidenti Cozef Bayden və xanımı Cill Bayden “Komandir” ləqəbli iti heyətə qarşı aqressiv davranışına görə Ağ Evdə saxlamamaq qərarına gəlib.
Digər ölkələr
5 Oktyabr , 2023 08:50
İşçilərə ən azı 11 dəfə hücum edən Baydenin iti Ağ Evdən çıxarılıb

ABŞ prezidenti Cozef Bayden və xanımı Cill Bayden “Komandir” ləqəbli iti heyətə qarşı aqressiv davranışına görə Ağ Evdə saxlamamaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, it artıq Amerika liderinin iş iqamətgahından çıxarılıb.

2021-ci ilin dekabrında Ağ Evə gətirilən it ABŞ Məxfi Xidmətinin əməkdaşlarına ən azı 11 dəfə hücum edib.

Cill Baydenin mətbuat katibi Elizabet Aleksander bildirib ki, Ağ Ev işçilərinin və onların müdafiəçilərinin təhlükəsizliyi prezident və birinci xanım üçün prioritet məsələdir.

Son xəbərlər

Orphus sistemi