İrlandiyada İngiltərə parlamentinin üzvünü öldürməklə hədələyən şəxs saxlanılıb

İrlandiyada İngiltərə parlamentinin üzvünü öldürməklə hədələyən şəxs saxlanılıb İrlandiya polisi Britaniya parlamentarisini öldürməklə hədələdiyi iddia edilən britaniyalını saxlayıb.
Digər ölkələr
7 Noyabr , 2021 03:02
İrlandiyada İngiltərə parlamentinin üzvünü öldürməklə hədələyən şəxs saxlanılıb

İrlandiya polisi Britaniya parlamentarisini öldürməklə hədələdiyi iddia olunan britaniyalını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Irish Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü səhər saatlarında Kork qraflığında 41 yaşlı kişini saxlayıb. Əməliyyata 15-ə qədər polis əməkdaşı cəlb olunub və onlar kişini sorğu-sual üçün polis bölməsinə aparıblar.

Güman edilir ki, həmin şəxs oktyabrda Britaniyanın Leyborist Partiyasının rəsmisinə zəng edərək onu öldürməklə hədələyib. Sonra Britaniya polisi irland həmkarları ilə əlaqə saxlayıb və həmin şəxs haqqında məlumat verib.

Yerli “thejournal.ie” qəzetinin məlumatına görə, İrlandiya polisi həbsi təsdiqləyib.

“Duqlasda polis bu gün səhər (şənbə günü -red) yaşayış binasında axtarış qərarı verib. Axtarış zamanı bir neçə elektron cihaz ələ keçirilib və bu yurisdiksiyadan kənar şəxsi hədələməkdə şübhəli bilinən (41 yaşlı) bir kişi saxlanılıb”, - İrlandiya hüquq-mühafizə orqanlarının sözçüsü bəyanat yayıb.

Hüquq-mühafizə orqanlarından əlavə edilib ki, o, həbs olunub. KİV-in məlumatına görə, leyboristə təhdidlər oktyabrın 18-də - britaniyalı parlamentari Devid Eymesin səs-küylü qətlindən bir neçə gün sonra edilib.

Son xəbərlər

Orphus sistemi