İrlandiya səfərbərlikdən yayınan rusiyalıları qəbul etmək imkanını nəzərdən keçirəcək

Digər ölkələr
  • 24 sentyabr, 2022
  • 01:15
İrlandiya səfərbərlikdən yayınan rusiyalıları qəbul etmək imkanını nəzərdən keçirəcək

İrlandiyanın Baş naziri Mişol Martin ölkəsinin səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının öz ərazisinə daxil olmasına icazə verməyi nəzərdən keçirəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “The Journal” nəşri yazıb.

O, İrlandiyanın “vicdan və ya təqib üzündən qaçan insanları heç vaxt geri çevirmədiyini” qeyd edərək Taliban tərəfindən təqib olunan əfqanların qəbulunu misal çəkib.

"Bütün bunları dəyərləndirməliyik. İlk növbədə, müharibədən qaçan ukraynalı ailələri qəbul edirik. Bizim üçün normal şəkildə sığınacaq üçün müraciət edənlər kimi bu da prioritetdir. Bu il onların sayı artıb. Bu, ölkəyə kifayət qədər təzyiq göstərir”, - İrlandiyanın Baş naziri bildirib.

44 filmi