İraqın şimalında terrorçular zərərsizləşdirilib

İraqın şimalında terrorçular zərərsizləşdirilib İraqın şimalındakı mağaralardan birində terrorçularla döyüşün gedişatında Türkiyənin xüsusi təyinatlı dəstəsi PKK-nın 6 silahlısını zərərsizləşdirib
Digər ölkələr
10 May , 2021 06:29
İraqın şimalında terrorçular zərərsizləşdirilib

İraqın şimalındakı mağaralardan birində terrorçularla döyüşün gedişatında Türkiyənin xüsusi təyinatlı dəstəsi PKK-nın 6 silahlısını zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Avaşin-Basyan ərazisində mağaralardan birində keçirilən əməliyyatın gedişatında daha bir PKK terrorçusu zərərsizləşdirilib. Beləliklə, Türkiyənin xüsusi təyinatlı dəstəsinin zərərsizləşdirdiyi terrorçuların sayı 6 nəfərə çatıb", - xəbərdə deyilir.

Qeyd edilir ki, Avaşin-Basyanda terrorçuluğa qarşı əməliyyat davam edir.

Daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Avaşin-Basyan ərazisində mağarada 5 terrorçunun məhv edilməsi haqqında məlumat yayıb. Türkiyənin hərbi aviasiyası həmçinin İraqın şimalındakı Qara ərazisində də PKK-nın 8 terrorçusunu məhv edib.

Son xəbərlər

Orphus sistemi