İraqın Kəşfiyyat Xidməti direktorunun müavini öldürülüb

Digər ölkələr
  • 07 iyun, 2021
  • 09:28
İraqın Kəşfiyyat Xidməti direktorunun müavini öldürülüb

Naməlum şəxslərin hücumu nəticəsində İraqın Kəşfiyyat Xidməti direktorunun müavini polkovnik Nebras Əbu Əli öldürülüb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə iyunun 7-də ölkənin paytaxtı Bağdad şəhərinin Al-Baladiyyat rayonunda törədilib.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

44 filmi