İraqın şimalında yerləşən Naynava əyalətində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı 9 nəfər saxlanılıb.
"Report" İraq KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin mətbuat xidmətinin rəhbəri Saad Moan bildirib.
"Toyda baş vermiş yanğına görə 9 nəfər saxlanılıb. İlkin məlumata görə, yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verib", - o vurğulayıb.
İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 93 nəfər ölüb, 100 nəfər yaralanıb. İraq Qızıl Aypara Cəmiyyəti ölən və xəsarət alanların sayının 450-dən çox olduğunu bildirib.
İraqın Naynava əyalətində baş verən yanğın nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb, daha 200 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Agentlik bildirib ki, yanğına toy zamanı atəşfəşanlıqdan istifadə səbəb olub.
Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığı da qeyd edilib.
İraqın Naynava əyalətində baş verən yanğın nəticəsində 100 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə NA agentliyi əyalətin səhiyyə idarəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, toyda baş verən yanğın zamanı 150 nəfər yaralanıb.
Yanğının səbəbləri hələlik məlum deyil.