İraqda "RT"nin müxbiri saxlanılıb, ofisi möhürlənib

İraqda "RT"nin müxbiri saxlanılıb, ofisi möhürlənib İraq təhlükəsizlik qüvvələri “Russia Today” Rusiya beynəlxalq çoxdilli informasiya telekanalının ərəb dilli “RT Arabic” redaksiyasının müxbiri Əşrəf Məhəmməd əl-Azzurini saxlayıblar.
Digər ölkələr
13 İyul , 2021 15:31
İraqda RTnin müxbiri saxlanılıb, ofisi möhürlənib

İraq təhlükəsizlik qüvvələri “Russia Today” Rusiya beynəlxalq çoxdilli informasiya telekanalının ərəb dilli “RT Arabic” redaksiyasının müxbiri Əşrəf Məhəmməd əl-Azzurini saxlayıblar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “RT Arabic”in rəhbəri Mayya Manna bildirib.

Onun sözlərinə görə, müxbirin saxlanıldığı yer məlum deyil:

“Təhlükəsizlik qüvvələri “RT Arabic”in İraqdakı ofisi və avadanlığını möhürləyiblər”.

Qeyd edək ki, baş redaktoru Marqarita Simonyan olan “RT” Rusiya hökuməti tərəfindən maliyyələşir.

Son xəbərlər

Orphus sistemi