İraqda İŞİD-in hücumu nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var

İraqda İŞİD-in hücumu nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var İraqda İŞİD terrorçularının hücumu nəticəsində azı 5 nəfər ölüb, daha 4-ü yaralanıb.
Digər ölkələr
26 Sentyabr , 2021 16:55
İraqda İŞİD-in hücumu nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var

İraqda İŞİD terrorçularının hücumu nəticəsində azı 5 nəfər ölüb, daha 4-ü yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Shafaq news" portalı məlumat yayıb.

Hadisə Baakuba əyalətinin inzibati mərkəzi yaxınlığındakı El-Abbara qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, silahlılar əvvəlcə yol kənarına qoyulan partlayıcı qurğunu işə salaraq, yük maşınını partladıblar. Təhlükəsizlik qüvvələri hadisə yerinə gələn vaxt snayperlər onlara atəş açıb.

Son xəbərlər

Orphus sistemi