İraqda 7 terrorçu zərərsizləşdirildi

İraqda 7 terrorçu zərərsizləşdirildi Türkiyə ordusunun aviasiyası İraqın şimalındakı Qara ərazisində PKK terrorçularının obyektlərinə zərbə endirib.
Digər ölkələr
1 İyul , 2021 05:23
İraqda 7 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun aviasiyası İraqın şimalındakı Qara ərazisində PKK terrorçularının mövqelərinə zərbə endirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, əməliyyat Türkiyə Hərbi Qüvvələrinin ölkənin Milli Kəşfiyyat Xidməti ilə əlaqəli həyata keçirilib. Antiterror əməliyyatı zamanı PKK terror təşkilatının 7 silahlısı zərərsizləşdirilib.

PKK terrorçuları ötən əsrin 80-ci illərinin ortalarından Türkiyədə bir sıra terror aktları həyata keçiriblər.

Son xəbərlər

Orphus sistemi