İraqda 10-a yaxın terrorçu zərərsizləşdirilib

İraqda 10-a yaxın terrorçu zərərsizləşdirilib İraqın şimalındakı Qara bölgəsində PKK terror təşkilatının 9 silahlısı zərərsizləşdirilib.
Digər ölkələr
14 Dekabr , 2021 05:52
İraqda 10-a yaxın terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Qara bölgəsində PKK terror təşkilatının 9 silahlısı zərərsizləşdirilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat yayıb.

Məlumata görə, terrorçular Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları uzun illərdir Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün bir sıra hücumlar həyata keçirirlər. ABŞ, Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilatlar siyahısına salıb.

Son xəbərlər

Orphus sistemi