İraqa sel gəlib, 8 nəfər ölüb

Digər ölkələr
  • 17 dekabr, 2021
  • 08:06
İraqa sel gəlib, 8 nəfər ölüb

İraqın Ərbil şəhərində gecə saatlarında yağan güclü yağışdan yaranan sel nəticəsində 8 nəfər ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ərbil valisi Ümit Hoşnav məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlər arasında qadın və uşaqlar da var.