Iraq qoşunları Tikrit şəhərini ala bilmir

Iraq qoşunları Tikrit şəhərini ala bilmir Hökumət qoşunları və şiə könüllüləri əməliyyata dəstək qüvvələrinin cəlb olunmasını gözləyir
Digər ölkələr
16 Mart , 2015 03:21
Iraq qoşunları Tikrit şəhərini ala bilmir

Bakı. 16 mart. REPORT.AZ/ Terrorçu İslam Dövləti qruplaşmasının nəzarətində olan Tikrit şəhəri istiqamətində İraq ordusunun apardığı hücum əməliyyatları yavaşlayıb.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, küçələrin minalanması və snayperlər hücum əməliyyatını ciddi şəkildə əngəlləyir. Ötən cümə gününədək şəhərdə küçə döyüşləri gedirdi. Hökumət qoşunları və şiə könüllüləri əməliyyata dəstək qüvvələrinin cəlb olunmasını gözləyir. Tikritin mülki əhalisi isə şəhəri xeyli əvvəl tərk edib.

Bu arada İslam Dövləti yaraqlıları tərəfindən törədilmiş yeni zorakılıqlar barədə məlumatlar əldə edilib. İraqın şimalındakı Kərkük ətrafında, türkmən şəhəri Bəşirdə 50-dək meyit aşkar edilib.

Son xəbərlər

Orphus sistemi