İraq DİN-in şöbə rəisi Baş nazirə sui-qəsddə şübhəli bilinərək saxlanılıb

Digər ölkələr
  • 24 noyabr, 2021
  • 12:35
İraq DİN-in şöbə rəisi Baş nazirə sui-qəsddə şübhəli bilinərək saxlanılıb
Mustafa əl-Kazimi

İraq Daxili İşlər Nazirliyinin Partlayıcı maddələrlə mübarizə şöbəsinin rəisi Sabah Həsən əl-Şibli saxlanılıb.

“Report” “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Əl-Sumariya" telekanalı məlumat yayıb.

Bildirilib ki, o, İraqın Baş naziri Mustafa əl-Kazimiyə sui-qəsd cəhdində şübhəli bilinir.

Qeyd edək ki, noyabrın 7-də İraq Baş nazirinə sui-qəsd cəhd olub, mühafizəçilərindən 3-ü yaralanıb.

44 filmi